2 sentyabr 2026. Çərşənbə

“Şimal” üç afrikalı futbolçu ilə gücləndi


  • Transfer
  • 10:45 02.09.2026
  • Oxunma sayı: 32
“Şimal” üç afrikalı futbolçu ilə gücləndi

Azərbaycan 1-ci Liqasında mübarizə aparan Xaçmazın “Şimal” klubu heyətinə üç afrikalı legioner cəlb edib.

90deqiqe.Az-ın məlumatına görə, Xaçmaz təmsilçisi Kot-d’İvuardan olan 21 yaşlı yarımmüdafiəçi Lamah Bamba, onun həmyerlisi, 23 yaşlı müdafiəçi Moussa Diallo və Nigeriyanın 21 yaşlı yarımmüdafiəçisi Umar Abubakarla müqavilə imzalayıb.

Lamah Bamba daha əvvəl Moldovanın “Saksan”, Belarusun “Slavia Mozyr” və “Smorgon” klublarında çıxış edib.

Moussa Diallonun son klubu isə Belarusun “Smorgon” komandası olub.

Umar Abubakar karyerası ərzində Moldovanın “Saksan” və Tacikistanın “İstiklol” klublarının formasını geyinib.

Qeyd edək ki, “Şimal” 2025/2026-cı illər mövsümündə Azərbaycan 1-ci Liqasında debüt edib. Xaçmaz təmsilçisi ilk mövsümündə gözlənilən nəticələri göstərə bilməsə də, liqada yerini qoruyub.

“Şimal” yeni mövsümdə ilk oyununu sentyabrın 4-də keçirəcək. Xaçmaz klubu “Şamaxı” Olimpiya Kompleksinin stadionunda “Gəncəbasar”la qarşılaşacaq.







Transfer