2 sentyabr 2026. Çərşənbə

Riçarlison “Trabzonspor”a keçməyə razılıq verdi


  • Transfer
  • 22:06 02.09.2026
  • Oxunma sayı: 39
Riçarlison “Trabzonspor”a keçməyə razılıq verdi

“Tottenhem”in braziliyalı hücumçusu Riçarlison karyerasını Türkiyədə davam etdirməyə razılaşıb.

90deqiqe.Az-ın məlumatına görə,  29 yaşlı futbolçu “Trabzonspor”la şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Braziliyalı forvard Türkiyə klubunda hazırda “Tottenhem”də qazandığından üç dəfə çox maaş alacaq.

Lakin klublar arasında hələlik razılıq əldə olunmayıb. “Tottenhem” “Trabzonspor”un Rişarlison üçün göndərdiyi 15 və 20 milyon funt sterlinqlik iki təklifini geri çevirib. Türkiyə təmsilçisinin yaxın zamanda daha yüksək məbləğlə yeni təklif göndərməsi gözlənilir.

Rişarlison 2022-ci ildən “Tottenhem”in formasını geyinir. O, London klubuna həmin il “Everton”dan transfer olunub. Braziliyalı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







Transfer