- Transfer
- 22:10 02.09.2026
“Çelsi” “Liverpul”un sabiq futbolçusu Corcinyo Veynaldumu heyətinə qatmağa yaxındır.
90deqiqe.Az-ın “El Chiringuito TV”ə istinadən məlumatına görə, hazırda azad agent statusunda olan 35 yaşlı yarımmüdafiəçi ilə London klubunun danışıqlar apardığı bildirilir.
Tərəflər birillik müqavilə üzərində razılığa gəlməyə yaxındır. Sözləşmədə müddətin daha bir mövsüm uzadılması bəndinin də yer alacağı gözlənilir.
Məlumata əsasən, transferin reallaşması təxminən 90 faiz tamamlanıb.
Niderlandlı futbolçu “Əl-İttifaq”la müqaviləsinin başa çatmasından sonra klubsuz qalıb. Səudiyyə Ərəbistanı təmsilçisi ötən mövsümün sonunda 35 yaşlı futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Veynaldum Səudiyyə Ərəbistanına yollanmamışdan əvvəl PSV, “Liverpul”, PSJ və digər klubların formasını geyinib.