- Transfer
- 23:52 02.09.2026
“Reyncers” “Beşiktaş”ın dayaq yarımmüdafiəçisi Nikolas Raskin üçün göndərdiyi transfer təklifini rədd edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "STV Sport" məlumat yayıb. Türkiyə klubu çərşənbə günü gec saatlarda 25 yaşlı futbolçunun transferi ilə bağlı sorğu göndərib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.
Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi cümə günü bağlanır. Şotlandiyada isə transfer dövrü artıq cümə axşamı başa çatıb.
Belçikalı futbolçu 2023-cü ilin yanvarından “Reyncers”in formasını geyinir. O, Belçika millisində 19 oyun keçirib və 2 qol vurub. “Transfermarkt” portalı Raskinin bazar dəyərini 19 milyon avro qiymətləndirir.
Daha əvvəl “Reyncers”in baş məşqçisi Derek Makinnes bildirib ki, klub Raskinin mümkün transferini yalnız yüksək məbləğli təklif daxil olacağı təqdirdə nəzərdən keçirəcək.