3 sentyabr 2026. Cümə axşamı

“Mən həmişə “Mançester Siti” kimi böyük klubda oynamağı arzulamışam”


  • Transfer
  • 23:52 02.09.2026
  • Oxunma sayı: 35
“Mən həmişə “Mançester Siti” kimi böyük klubda oynamağı arzulamışam”

“Mançester Siti”nin yeni transferi Enzo Fernandes “Çelsi”dən ayrılaraq İngiltərə nəhənginə keçməsi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu transferin onun üçün uşaqlıq arzusunun gerçəkləşməsi olduğunu bildirib.

“Mən həmişə “Mançester Siti” kimi böyük klubda oynamağı arzulamışam. Bu transfer mənim üçün bir xəyaldır. Çox xoşbəxtəm”, – deyə Fernandes bildirib.

Qeyd edək ki, “Mançester Siti” argentinalını transferini yay transfer pəncərəsinin son günündə “Çelsi”dən həyata keçirib. Keçid üçün İngiltərə klubu 125 milyon funt sterlinq ödəyib. Argentinalı futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Fernandes “Mançester Siti”nin heyətində ilk oyununa sentyabrın 5-də “Koventri”yə qarşı keçiriləcək matçda çıxa bilər.

Argentinalı yarımmüdafiəçi 2023-cü ildən “Çelsi”də çıxış edirdi. O, London klubuna “Benfika”dan transfer olunmuşdu.







Transfer