3 sentyabr 2026. Cümə axşamı

Anderson Taliska “Fənərbağça”dan ayrılır - BƏƏ klubuna keçir


  • Transfer
  • 00:36 03.09.2026
  • Oxunma sayı: 35
Anderson Taliska “Fənərbağça”dan ayrılır   -  BƏƏ klubuna keçir

“Fənərbağça”nın braziliyalı futbolçusu Anderson Taliska komandadan ayrılır.

90deqiqe.Az-ın “A Spor”a istinadən məlumatına görə, İstanbul klubunda legioner limiti ilə bağlı vəziyyətə görə 32 yaşlı futbolçu ilə yolların ayrılması qərara alınıb. İstanbul təmsilçisi Taliska­nın transferi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubu ilə razılığa gəlib.

Braziliyalı yarımmüdafiəçi yeni klubu ilə müqavilə imzalamaq üçün sabah BƏƏ-yə yollanacaq. Taliska­nın “Əl-Cəzirə” ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Təcrübəli futbolçu axşam məşqində “Fənərbağça”nın futbolçuları ilə vidalaşıb.

Qeyd edək ki, Anderson Taliska 2024/25 mövsümünün ikinci yarısında “Fənərbağça”ya transfer olunub. Braziliyalı futbolçu İstanbul klubunun heyətində 75 oyunda 44 qol vurub və 7 məhsuldar ötürmə edib.







Transfer