- Transfer
- 01:04 03.09.2026
Yay transfer pəncərəsində yeni futbolçulara ən çox pul xərcləyən klub müəyyənləşib.
90deqiqe.Az-ın “Transfermarkt”a istinadən məlumatına görə, bu göstəricidə “Mançester Siti” bütün rəqiblərini geridə qoyub. Klub yay transfer dönəmində yeni oyunçuların keçidlərinə ümumilikdə 526,2 milyon avro xərcləyib.
“Mançester Siti” İliman Ndiayeni “Everton”dan 70 milyon avroya, Enzo Fernandesi isə “Çelsi”dən 145 milyon avroya transfer edib. Elliot Anderson (135 milyon avro) və Ayub Buaddi (95 milyon avro) də İngiltərə klubunun diqqətçəkən transferləri sırasında yer alıb.
Yay transfer pəncərəsində ən çox pul xərcləyən 15 klubun siyahısı belədir:
Siyahıda İngiltərə klublarının böyük üstünlüyü diqqət çəkir. İlk 15-likdə Premyer Liqanın 12 təmsilçisi yer alıb.
Xüsusilə elit diviziona yeni yüksələn “İpsviç” və “Hall Siti” transfer fəallığı ilə seçilib. “İpsviç” 14, “Hall Siti” isə 15 yeni futbolçu ilə heyətini gücləndirib.