- Transfer
- 22:24 18.10.2026
Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçi Ümit Akdağın transferini rəsmiləşdirib.
Gənc futbolçu “Alanyaspor”dan “Beşiktaş”a keçib. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ümit Akdağ müdafiə xəttində çıxış edir.