- Transfer
- 23:03 03.09.2026
“Neftçi”nin sabiq futbolçusu Mark Tamaşın karyerasını davam etdirəcəyi klub müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı mərkəz müdafiəçisi Kipr çempionatında çıxış edən Nikosiya “Olimpiakos”una transfer olunub.
Macarıstanlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mark Tamaş 2023-cü ilin yayından 2025-ci ilin yanvarınadək “Neftçi”nin formasını geyinib.