- Transfer
- 23:28 03.09.2026
UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibi olan İngiltərənin “Arsenal” klubu futbolçusu Qabriel Martinellini Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına satıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçu “Əl-Hilal”la 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı təmsilçisi 24 yaşlı futbolçunun transferi üçün “Arsenal”a 70 milyon avro ödəyib. Bu keçid London klubunun tarixində futbolçu satışından əldə olunan rekord məbləğ kimi qeydə alınıb.
Qeyd edək ki, Martinelli 2019-cu ilin yayından “Arsenal”ın formasını geyinirdi. O, ötən mövsüm London təmsilçisinin heyətində 53 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə edib.