- Transfer
- 23:28 03.09.2026
“İnter”in müdafiəçisi Federiko Di Marko gələn yay “Barselona”nın əsas transfer hədəflərindən birinə çevrilə bilər.
90deqiqe.Az-ın “Sport.es”ə istinadən məlumatına görə, Kataloniya klubu yay transfer pəncərəsinin son günlərində italiyalı futbolçunu Alexandro Balde ilə dəyişmək istəyib. Lakin tərəflər arasında razılaşma əldə olunmayıb.
28 yaşlı Di Markonun “İnter”lə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Bununla belə, futbolçu ilə Milan klubu arasında yeni sözləşmənin imzalanması ilə bağlı hələlik razılıq yoxdur.
“Barselona” bu vəziyyəti yaxından izləyir. Kataloniya təmsilçisinin sol cinah müdafiəsində sol ayaqlı futbolçuya ehtiyacı var. Baş məşqçi Hans-Diter Flik mövsümün əvvəlində bu mövqedə daha çox Xavi Espart və Joau Kanseludan istifadə edir.
Alexandro Balde isə əsas heyətdəki yerini itirib. Bu səbəbdən “Barselona”nın gələn yay Di Markonu transfer etmək üçün yenidən cəhd göstərəcəyi gözlənilir.