- Transfer
- 23:49 03.09.2026
“Çelsi” “Everton”un yarımmüdafiəçisi Ceyms Qarneri transfer etmək istəyib.
90deqiqe.Az-ın “talkSPORT”a istinadən məlumatına görə, London klubu yay transfer pəncərəsinin bağlanmasına az qalmış 25 yaşlı futbolçu üçün rəsmi cəhd göstərib. “Çelsi” Qarnerə görə 75,4 milyon avro ödəməyə hazır olub.
Lakin “Everton” transfer pəncərəsinin son günlərində daxil olan təkliflərə baxmaqdan imtina edib.
Qeyd edək ki, Liverpul təmsilçisi Qarneri 2022-ci ildə “Mançester Yunayted”dən 10 milyon avrodan çox məbləğə transfer edib. İngiltərəli futbolçu bu mövsüm 3 oyunda meydana çıxsa da, heç bir məhsuldar fəaliyyətlə yadda qalmayıb.
Qarnerin “Everton”la hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.