4 sentyabr 2026. Cümə

“Arsenal” Martinellidən rekord gəlir əldə etdi


  • Transfer
  • 23:49 03.09.2026
  • Oxunma sayı: 31
“Arsenal” Martinellidən rekord gəlir əldə etdi

“Arsenal”ın vingeri Qabriel Martinelli karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirəcək.

90deqiqe.Az-ın “Transfermarkt”ə istinadən məlumatına görə, 25 yaşlı braziliyalının transferi Səudiyyə klubuna 70 milyon avroya başa gəlib. Bu, “Arsenal” tarixində ən bahalı futbolçu satışı olub.

London klubunun əvvəlki rekordu Aleks Oksleyd-Çemberlenin “Liverpul”a 2017-ci ildə 38 milyon avroya transferi idi. Martinellinin satışı bu göstəricini demək olar ki, iki dəfə üstələyib.

Qeyd edək ki, Martinelli 7 il ərzində “Arsenal”ın formasını geyinib. Braziliyalı futbolçu London təmsilçisinin heyətində ümumilikdə 278 oyuna çıxıb, 62 qol vurub və 36 məhsuldar ötürmə verib.

Martinelli “Əl-Hilal”la 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.







Transfer

“Beşiktaş”dan yeni transfer
  • Transfer
  • 09:39 03.09.2026
“Beşiktaş”dan yeni transfer