4 sentyabr 2026. Cümə

“Barselona” Xulian Alvares üçün yenidən hərəkətə keçəcək


  • Transfer
  • 00:30 04.09.2026
  • Oxunma sayı: 37
“Barselona” Xulian Alvares üçün yenidən hərəkətə keçəcək

“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək üçün yanvarda yenidən cəhd göstərəcək.

90deqiqe.Az-ın “Sport”a istinadən məlumatına görə, Kataloniya klubu ötən yay argentinalı futbolçunu heyətinə qatmağa çalışsa da, transferi reallaşdıra bilməyib. Buna baxmayaraq, Alvares özü də “Barselona”ya keçməkdə maraqlı olub və transferin baş tutması üçün təkid edib.

Kataloniya təmsilçisi qış transfer pəncərəsi açıldıqdan sonra 26 yaşlı hücumçunun transferi üçün yeni cəhd göstərməyə hazırlaşır. Bildirilir ki, Alvares yeni ilin əvvəlində “Barselona”nın transfer bazarında əsas hədəfinə çevrilə bilər.

“Transfermarkt” portalı Xulian Alvaresin hazırkı bazar dəyərini 120 milyon avro qiymətləndirir. “Atletiko”nun ulduz futbolçusunun Madrid klubu ilə müqaviləsi isə 2030-cu ilin yayına qədər qüvvədədir.







Transfer

“Beşiktaş”dan yeni transfer
  • Transfer
  • 09:39 03.09.2026
“Beşiktaş”dan yeni transfer