- Transfer
- 21:27 04.09.2026
Türkiyənin “Fənərbağça” klubundan ayrılan Anderson Talişka karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi “Əl-Cəzirə” klubuna transfer olunub. Bu barədə Asiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Talişka 2025-ci ildən “Fənərbağça”nın formasını geyinib. O, İstanbul klubunun heyətində 77 oyunda 44 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.