- Transfer
- 21:27 04.09.2026
Madrid “Real”ının hücumçusu Endrik kifayət qədər oyun vaxtı əldə etmədiyi təqdirdə yanvar transfer pəncərəsində klubunu dəyişə bilər.
90deqiqe.Az-ın “Madrid Universal”a istinadən məlumatına görə, 20 yaşlı braziliyalının karyerasını davam etdirə biləcəyi mümkün ünvanlardan biri kimi İtaliyanın “Roma” klubu göstərilir.
Endrik artıq yaxınları ilə qış transfer pəncərəsində “Roma”ya mümkün keçidi barədə danışıb.
Bununla belə, hazırda “Real” və “Roma” arasında futbolçunun transferi ilə bağlı hər hansı razılaşma yoxdur.
Qeyd edək ki, Endrik Fransanın “Lion” klubunda altı aylıq icarə müddətini başa vurduqdan sonra Madridə qayıdıb. Braziliyalı forvard Fransa çempionatında keçirdiyi 15 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.