- Transfer
- 23:33 04.09.2026
“Barselona”nın heyətini gücləndirmək üçün Qabriel Xesusdan əvvəl başqa hücumçunun transferi təklif olunub.
90deqiqe.Az-ın “Managing Barca”ya istinadən məlumatına görə, Kataloniya klubuna “Nyukasl”ın forvardı Nik Voltemadenin xidmətləri təklif edilib.
Lakin “Barselona” rəhbərliyi Hans-Diter Flikin komandasına daha uyğun olduğunu düşündüyü Qabriel Xesusun transferinə üstünlük verib.
Nik Voltemade isə sonda İtaliyanın “Yuventus” klubuna icarəyə keçib. Razılaşmada futbolçunun satınalma hüququ nəzərdə tutulmayıb.
Qabriel Jesusun transferi “Barselona”ya bonuslar nəzərə alınmadan 10 milyon avroya başa gəlib. 29 yaşlı braziliyalı hücumçu La Liqa nəhəngi ilə 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq müqavilə imzalayıb.