- Transfer
- 00:29 05.09.2026
Məşhur insayder Fabrizio Romano Kərim Benzemanın “Barselona”ya mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, 38 yaşlı fransalı hücumçu avqustun sonunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv etdikdən sonra azad agent statusu alıb.
Romanonun sözlərinə görə, Benzemanın xidmətləri “Barselona”ya təklif olunmayıb və futbolçunun Kataloniya klubuna keçidi ilə bağlı yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.
“Barselona” yeni hücumçu axtarsa da, sonda Londonun “Arsenal” klubundan Qabriel Jesusu transfer edib. Braziliyalı forvardın keçidi Kataloniya təmsilçisinə bonuslar nəzərə alınmadan 10 milyon avroya başa gəlib.
Qeyd edək ki, Kərim Benzema Səudiyyə Ərəbistanına yollanmazdan əvvəl 14 il ərzində Madrid “Real”ının formasını geyinib. O, klub tarixinin ən məhsuldar futbolçularından biri hesab olunur.