6 sentyabr 2026. Bazar günü

“Latsio” David Alaba və daha 4 futbolçunun transferini nəzərdən keçirir


  • Transfer
  • 03:25 06.09.2026
  • Oxunma sayı: 7
“Latsio” David Alaba və daha 4 futbolçunun transferini nəzərdən keçirir

İtaliyanın “Latsio” klubu transfer pəncərəsi bağlandıqdan sonra heyətini gücləndirmək variantlarını nəzərdən keçirir.

90deqiqe.Az  xəbər verir ki, bu barədə “Calciomercato.com” məlumat yayıb.

Məlumata görə, Roma təmsilçisi hazırda Madrid “Real”ının sabiq müdafiəçisi David Alabanın vəziyyətini izləyir. Klubun maraq dairəsində daha dörd azad agentin də olduğu bildirilir. Onlardan üçü daha əvvəl “İnter”də çıxış edib.

“Latsio” müdafiə xəttini gücləndirmək niyyətindədir. Buna səbəb komandanın müdafiəçisi Alessio Romanolinin Qətərin “Əl-Sədd” klubuna transfer olunmasıdır.

Alabadan başqa, “Latsio”nun namizədləri arasında “İnter”in sabiq müdafiəçisi Françesko Açerbi və son olaraq Berlin “Union”unda çıxış etmiş portuqaliyalı müdafiəçi Diogu Leite də yer alır.

Roma klubu, həmçinin “İnter”in digər sabiq futbolçuları Marselo Brozoviç və Mauro İkardinin durumunu da izləyir.

Xorvatiyalı yarımmüdafiəçi Brozoviç bu yay Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılıb. Onun “Latsio”nun yarımmüdafiə xəttində zədələr səbəbindən yaranan problemi həll edə biləcəyi düşünülür.

Mauro İkardiyə isə İspaniyanın “Elçe” klubunun da maraq göstərdiyi bildirilir.







Transfer