- Transfer
- 15:30 06.09.2026
İspaniyanın “Barselona” klubu Madrid “Real”ının sabiq müdafiəçisi David Alabanın vəziyyətini izləyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sportowy” portalı məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi azad agent statusunda olan futbolçuları heyətinə cəlb etməkdə maraqlıdır. “Barselona”nın baş məşqçisi Hans-Diter Flik 34 yaşlı müdafiəçi ilə “Bavariya”da birgə çalışıb.
Klub rəhbərliyi avstriyalının universallığını yüksək qiymətləndirir. O, həm müdafiənin mərkəzində, həm də cinahda çıxış edə bilir.
Bununla belə, hazırda Alabanın karyerasını İtaliyada davam etdirməsi daha real görünür. Futbolçu ilə “Roma” və “Latsio” klublarının maraqlandığı bildirilir.
Qeyd edək ki, David Alaba 2021-2026-cı illərdə “Real”ın formasını geyinib. Bu müddətdə 132 oyunda meydana çıxan müdafiəçi 5 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Alaba ötən yay Madrid klubu ilə yollarını ayırdıqdan sonra azad agent statusu alıb.