- Transfer
- 15:30 06.09.2026
Münhen “Bavariya”sının fransalı vingeri Maykl Olise iki Avropa nəhənginin maraq dairəsinə düşüb.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, 24 yaşlı futbolçunun xidmətində Madrid “Real”ı və PSJ maraqlıdır.
“Bavariya” isə fransalı yarımmüdafiəçinin transfer qiymətini 200-230 milyon avro aralığında müəyyənləşdirib.
Qeyd edək ki, Maykl Olise ötən mövsüm Almaniya Bundesliqasında 32 matçda iştirak edib. O, bu görüşlərdə 15 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun “Bavariya” ilə hazırkı müqaviləsi 2029-cu il iyunun sonunadək qüvvədədir.