6 sentyabr 2026. Bazar günü

“Borussiya”nın ulduzuna İngiltərədən üç klub elçi düşüb


  • Transfer
  • 15:25 06.09.2026
  • Oxunma sayı: 10
“Borussiya”nın ulduzuna İngiltərədən üç klub elçi düşüb

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə Premyer Liqası klublarının maraq dairəsinə düşüb.

90deqiqe.Az  xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klublar arasında “Mançester Siti”, “Mançester Yunayted” və “Nyukasl” yer alır.

Almaniyalı futbolçunun transfer qiyməti 55 milyon avro təşkil edir. Nmeçanın “Borussiya” ilə müqaviləsi 2030-cu il iyunun sonunadək qüvvədədir.

Qeyd edək ki, Feliks Nmeça bu mövsüm Almaniya Bundesliqasında iki oyunda meydana çıxıb və məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Bundesliqada iki turdan sonra “Borussiya” 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.







Transfer