6 sentyabr 2026. Bazar günü

“Arsenal” qış transfer pəncərəsində hücumçu axtarışında


  • Transfer
  • 15:30 06.09.2026
  • Oxunma sayı: 11
“Arsenal” qış transfer pəncərəsində hücumçu axtarışında

“Arsenal” qış transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, London təmsilçisi yeni hücumçu transfer etmək istəyir. “Topçular” yay transfer pəncərəsində bu istəyini reallaşdıra bilməyib.

Daha əvvəl mətbuatda “Arsenal”ın argentinalı hücumçu Xulian Alvares və braziliyalı vinger Vinisius Juniorla maraqlandığı barədə məlumatlar yayılıb.

Mikel Artetanın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının yeni mövsümünə iki qələbə ilə başlayıb. “Arsenal” 6 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

“Topçular” növbəti matçını səfərdə “Çelsi”yə qarşı keçirəcək. Qarşılaşma sentyabrın 6-da, bazar günü baş tutacaq.







Transfer