6 sentyabr 2026. Bazar günü

Ceymi Vardi “Bernli” ilə müqavilə imzaladı


  • Transfer
  • 19:00 06.09.2026
  • Oxunma sayı: 10
Ceymi Vardi “Bernli” ilə müqavilə imzaladı

İngiltərə Çempionşipində çıxış edən“Bernli” hücumçu Ceymi Vardinin transferini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, 39 yaşlı forvardla mövsümün sonunadək müqavilə imzalanıb. Vardi yeni klubuna azad agent statusunda qoşulub.

 İngiltərəli hücumçu “Bernli”yə keçidi ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib:

“Bernliyə qoşulduğum üçün çox şadam. Bu klubun zəngin futbol tarixi və öz klubunu, eləcə də şəhərini layiqincə təmsil edən komanda görməyə layiq olan böyük azarkeş ordusu var. Meydana çıxaraq komandaya kömək etmək və onun düzgün istiqamətdə irəliləməsinə töhfə vermək üçün səbirsizlənirəm”.

Ötən mövsüm Vardi İtaliya A Seriyasında çıxış edən “Kremoneze”nin formasını geyinib. Mövsümün başa çatmasının ardından futbolçu klubdan ayrılıb.

Ceymi Vardi uzun illər “Lester”in formasını geyinib. O, bu komandanın heyətində İngiltərə çempionu olub.

Vardi İngiltərə millisində də çıxış edib. Təcrübəli hücumçunun milli komandanın heyətində 26 oyunda 7 qolu var.







Transfer