22 oktyabr 2026. Cümə axşamı

“İnter” Françesko Pio Esposito ilə müqaviləni uzatdı


  • Transfer
  • 19:04 06.09.2026
  • Oxunma sayı: 189
“İnter” Françesko Pio Esposito ilə müqaviləni uzatdı

“İnter” hücumçusu Françesko Pio Esposito ilə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 21 yaşlı italiyalı forvardla yeni müqavilə 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.

Esposito, 2014-cü ildə klubun akademiyasına cəlb olunub.

Hücumçu əsas komandada debütünü 2025-ci ilin iyununda Klublararası Dünya Çempionatında gerçəkləşdirib. Ümumilikdə “İnter”in heyətində 53 matça çıxan Esposito 12 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalı 21 yaşlı futbolçunun hazırkı bazar dəyərini 45 milyon avro qiymətləndirir.







Transfer