22 oktyabr 2026. Cümə axşamı

Veynaldum “Əl-İttihad”a keçməyə yaxındır


  • Transfer
  • 22:23 06.09.2026
  • Oxunma sayı: 221
Veynaldum “Əl-İttihad”a keçməyə yaxındır

Nidelandlı yarımmüdafiəçi Corcinyo Veynaldum Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə yaxındır.

 90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ben Ceykobs sosial şəbəkə hesablarında məlumat yayıb.

Mənbənin məlumatına görə, söhbət “1+1” sxemi üzrə müqavilənin imzalanmasından gedir. Bildirilir ki, futbolçu bu gün tibbi müayinədən keçməli idi.

35 yaşlı niderlandlı futbolçu “Liverpul”dakı çıxışları ilə tanınır. Hazırda azad agent statusunda olan Veynaldumun son klubu Səudiyyə Ərəbistanının “Əl-İttifaq” komandası olub.

Futbolçu ötən mövsüm “Əl-İttifaq”ın heyətində 17 qol vurub və 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Transfermarkt” portalı Corcinyo Veynaldumun bazar dəyərini 2,2 milyon avro qiymətləndirir.







Transfer