7 sentyabr 2026. Bazar ertəsi

“Qarabağ”dan ayrılan Koxalskinin yeni klubu bəlli oldu


  • Transfer
  • 11:26 07.09.2026
  • Oxunma sayı: 11
“Qarabağ”dan ayrılan Koxalskinin yeni klubu bəlli oldu

“Qarabağ”dan ayrılmağa hazırlaşan polşalı qapıçı Mateuş Koxalskinin karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib.

90deqiqe.Az-ın Polşa mətbuatına istinadən məlumatına görə, 26 yaşlı qolkiper ölkəsinə qayıdaraq Krakovun “Vyeçista” klubu ilə müqavilə imzalayacaq.

Bildirilir ki, Ağdam təmsilçisi futbolçunun satışından təxminən 500 min avro gəlir əldə edəcək.

Qeyd edək ki, “Qarabağ” Koxalskini 2024-cü ilin yayında Polşanın “Stal” (Melets) klubundan təxminən 1 milyon avro qarşılığında transfer edib.

Polşalı qapıçı bu mövsüm Ağdam klubunun heyətində 7 oyunda meydana çıxıb və 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Ümumilikdə isə Koxalski “Qarabağ”ın formasını 76 matçda geyinib.







Transfer