- Transfer
- 23:27 07.09.2026
“Mançester Yunayted”in sabiq hücumçusu Antoni Marsial Fransa Liqa 1 klublarından gələn iki təklifi rədd edib.
90deqiqe.Az-ın “Footmercato”ya istinadən məlumatına görə, 30 yaşlı futbolçuya iki klub maraq göstərib.
Komandaların adları açıqlanmasa da, onlardan birinin çempionluq uğrunda mübarizə apardığı, digərinin isə turnir cədvəlinin aşağı pillələrində qərarlaşdığı bildirilib. Həmçinin təkliflərin “Nitsa” və “Lans”dan gəlmədiyi qeyd olunub.
Məlumata əsasən, hər iki klubun idman direktorları Marsiala əsas heyətdə yer zəmanəti verməyib. Onlar futbolçunun beynəlxalq təcrübəsindən və yüksək səviyyəli hazırlığından gənc oyunçuların inkişafında yararlanmaq istəyiblər.
Bu səbəbdən fransalı hücumçu hər iki təklifdən imtina edib. Hazırda Marsial fərdi məşqlərini davam etdirir.
Qeyd edək ki, Antoni Marsialın karyerasında sonuncu klubu Meksikanın “Monterrey” komandası olub.