- Transfer
- 23:27 07.09.2026
“Vulverhempton” heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, "canavarlar" “Çelsi” və “Aston Villa”nın sabiq vingeri Bertrand Traore ilə müqavilə imzalayıb. 30 yaşlı futbolçu “canavarlar”la birillik sözləşməyə qol çəkib.
Traore yeni klubuna azad agent kimi keçib. Onun son komandası “Sanderlend” olub.
Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan Bertrand Traore peşəkar karyerasına 2014-cü ildə London klubunda başlayıb. O, daha sonra “Vitesse”, “Ayaks”, “Aston Villa”, “Lion”, “İstanbul Başakşehir” və “Vilyarreal”da çıxış edib.
“Vulverhempton” hazırda İngiltərə Çempionşipində mübarizə aparır. Komanda ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk edib.
Geridə qalan 5 turdan sonra “Vulverhempton” 8 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.