- Transfer
- 00:55 08.09.2026
“Real Madrid” və “Bavariya”nın sabiq mərkəz müdafiəçisi David Alaba “Latsio”nun təklifindən imtina edib.
90deqiqe.Az-ın məlumatına görə, İtaliya klubunun 34 yaşlı futbolçuya mövsümə 3 milyon avro maaş təklif etdiyi bildirilir. Lakin Alaba bu təklifi qəbul etməyib.
Bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat yayıb.
Beləliklə, təcrübəli müdafiəçi hələlik klubsuz qalıb.
David Alaba ötən mövsümün sonunda “Real Madrid”dən azad agent kimi ayrılıb. Avstriyalı futbolçu Madrid klubunda beş il çıxış edib. Bundan əvvəl isə 10 il “Bavariya”nın formasını geyinib.
Qeyd edək ki, “Latsio”nun müdafiə xəttində yaxın günlərdə dəyişiklik baş verib. Komandanın mərkəz müdafiəçisi Alessio Romanyoli Qətərin “Əl-Sədd” klubuna keçərək Roma təmsilçisindən ayrılıb.