- Transfer
- 08:23 08.09.2026
Transfer pəncərəsi Avropanın aparıcı liqalarında bağlansa da, klublar azad agent statusunda olan futbolçuları heyətinə qata bilərlər.
90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, Karvaxalın xidmətləri “Liverpul” və “Mançester Siti”yə təklif olunub.
İspaniyalı futbolçunun xidmətləri “Fulhem”ə də təklif edilib. London klubuna hazırda “Real Madrid”in sabiq baş məşqçisi Alvaro Arbeloa rəhbərlik edir.
Məlumata görə, “Liverpul” və “Real Madrid” hələ Karvaxalın mümkün transferi ilə bağlı qərar verməyib. Müdafiəçiyə digər ölkələrin klublarından da maraq olduğu bildirilir.
Qeyd edək ki, hazırda klubsuz futbolçular arasında “Real Madrid”dən ayrılan Dani Karvaxal da yer alır. 34 yaşlı müdafiəçi uzun illər formasını geyindiyi Madrid klubunu ötən yay tərk edib.