9 sentyabr 2026. Çərşənbə

“Qarabağ” polşalı qapıçısı ilə yollarını ayırdı


  • Transfer
  • 14:39 08.09.2026
  • Oxunma sayı: 8
“Qarabağ” polşalı qapıçısı ilə yollarını ayırdı

“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.

Ağdam təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komanda ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-offa qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.







Transfer

“Səbail”dən yeni transfer
  • Transfer
  • 10:59 08.09.2026
“Səbail”dən yeni transfer