9 sentyabr 2026. Çərşənbə

“Sabah” braziliyalı hücumçu transfer etdi


  • Transfer
  • 10:36 09.09.2026
  • Oxunma sayı: 12
“Sabah” braziliyalı hücumçu transfer etdi

Azərbaycanın “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Bakı təmsilçisi braziliyalı hücumçu Karlos Eduardonu transfer edib.

24 yaşlı forvard Portuqaliyanın “Jil Visente” klubundan bir illik icarə əsasında “Sabah”a keçib. Tərəflər arasında imzalanan müqavilədə futbolçunun transfer hüquqlarının satın alınması ilə bağlı şərt də yer alıb.

Karlos Eduardo peşəkar karyerasına Braziliyanın “Bruske” klubunda başlayıb. O, daha sonra Portuqaliyada “Nasional”ın U-19 komandasında, “Maritimu”nun B və əsas heyətində, həmçinin “Felqeyraş”ın formasını geyinib.

Braziliyalı futbolçu 2024-cü ildən “Jil Visente”nin heyətində çıxış edib.







Transfer

“Səbail”dən yeni transfer
  • Transfer
  • 10:59 08.09.2026
“Səbail”dən yeni transfer