- Transfer
- 02:39 10.09.2026
“Real Madrid” qapıçısı Tibo Kurtuanın gələcəyi ilə bağlı qərar verib.
90deqiqe.Az-ın “COPE”yə istinadən məlumatına görə, Madrid klubunun nümayəndələri yaxın həftələrdə 34 yaşlı qapıçının nümayəndələri ilə görüşəcək.
“Real Madrid” Kurtuanın müqaviləsini daha bir mövsüm uzatmaq niyyətindədir.
Belçikalı qapıçının hazırkı sözləşməsi cari mövsümün sonuna qədər qüvvədədir. Kurtoa 2018-ci ilin yayından “Real Madrid”də çıxış edir. O, Madrid klubuna “Çelsi”dən transfer olunub.
Tibo Kurtua indiyədək “Real Madrid”in heyətində 338 rəsmi matç keçirib və bu görüşlərdə qapısında 329 qol görüb.
Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının yeni mövsümünə “İnter” üzərində 2:1 hesablı qələbə ilə başlayıb.