11 sentyabr 2026. Cümə

Azərbaycan millisinin futbolçusu Ukrayna klubunda


  • Transfer
  • 10:59 10.09.2026
  • Oxunma sayı: 12
Azərbaycan millisinin futbolçusu Ukrayna klubunda

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Ukraynada davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 27 yaşlı hücumçu Ukraynanın “Bukovina” klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Dadaşovla birillik sözləşmə imzalanıb. Müqavilədə əməkdaşlığın mövsümün sonunda daha bir il uzadılması ilə bağlı bənd də yer alıb. Azərbaycan millisinin üzvü yeni komandasında 9 nömrəli formada çıxış edəcək.

Renat Dadaşov ötən mövsümü Polşa Ekstraklasasında mübarizə aparan “Motor”un heyətində keçirib.

Qeyd edək ki, 2017-ci ildən Azərbaycan milli komandasının formasını geyinən hücumçu yığmanın heyətində 45 oyun keçirib və 7 qola imza atıb. Dadaşov daha əvvəl Almaniyanın U-16 və U-17 milli komandalarında da çıxış edib.







Transfer

“Səbail”dən yeni transfer
  • Transfer
  • 10:59 08.09.2026
“Səbail”dən yeni transfer