11 sentyabr 2026. Cümə

Arda Gülərin “Real Madrid”lə yeni müqaviləsinin müddəti bəlli oldu


  • Transfer
  • 22:30 10.09.2026
  • Oxunma sayı: 13
Arda Gülərin “Real Madrid”lə yeni müqaviləsinin müddəti bəlli oldu

Türkiyə millisinin futbolçusu Arda Gülərin “Real Madrid”lə yeni müqaviləsinin müddəti bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər arasında razılaşma əldə olunub və müqavilənin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir. Yeni sözləşmə 2032-ci ilin iyununa qədər qüvvədə olacaq.

Arda Gülər də klubun təklifinə razılıq verib. Daha əvvəl futbolçunun “Real Madrid”lə 2031-ci ilədək müqavilə imzalayacağı bildirilirdi.

Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi üç il əvvəl İstanbulun “Fənərbağça” klubundan “Real Madrid”ə transfer olunub. O, futbolçu karyerasına “Gənclərbirliyi”nin akademiyasında başlayıb.

Arda Gülər hazırda Türkiyə millisinin əsas futbolçularından biri hesab olunur.







Transfer

“Səbail”dən yeni transfer
  • Transfer
  • 10:59 08.09.2026
“Səbail”dən yeni transfer