11 sentyabr 2026. Cümə

Xames Rodriqes karyerasını Kolumbiyada davam etdirəcək


  • Transfer
  • 22:43 10.09.2026
  • Oxunma sayı: 12
Xames Rodriqes karyerasını Kolumbiyada davam etdirəcək

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes “Atletiko Nasional”la anlaşma əldə edib.

90deqiqe.Az-ın “El Colombiano"ya istinadən məlumatına görə, 35 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək və cari mövsümdə “Atletiko Nasional”ın formasını geyinəcək.

Rodriqesin yeni klubunda rəsmi təqdimat üçün bütün zəruri prosedurlardan keçməsi gözlənilir.

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Real Madrid”, “Portu”, “Bavariya” və “Monako” kimi klublarda çıxış edib.

Rodriqes “Real Madrid”in heyətində 125 oyuna çıxıb, 37 qol vurub və 42 məhsuldar ötürmə edib. Onun son klubu MLS təmsilçisi “Minnesota Yunayted” olub.







Transfer

“Səbail”dən yeni transfer
  • Transfer
  • 10:59 08.09.2026
“Səbail”dən yeni transfer