11 sentyabr 2026. Cümə

Subimendinin “Arsenal”dakı gələcəyi sual altındadır


  • Transfer
  • 01:25 11.09.2026
  • Oxunma sayı: 41
Subimendinin “Arsenal”dakı gələcəyi sual altındadır

İspaniyalı yarımmüdafiəçi Martin Subimendinin İngiltərənin “Arsenal” klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın “TEAMtalk"a istinadən məlumatına görə, 27 yaşlı futbolçu “topçular”ın start heyətindəki yerini geri qaytara bilməsə, qış transfer pəncərəsində komandadan ayrılmaq variantını nəzərdən keçirə bilər.

Subimendi cari mövsümdə Mikel Artetanın rəhbərlik etdiyi London klubunun keçirdiyi beş oyunun hamısında meydana sonradan daxil olub.

İspaniyalı futbolçuya “Çelsi” və Madrid “Real”ının da maraq göstərdiyi bildirilir.

“Transfermarkt” portalı Subimendinin hazırkı bazar dəyərini 75 milyon avro qiymətləndirir. Yarımmüdafiəçinin “Arsenal”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







Transfer

“Səbail”dən yeni transfer
  • Transfer
  • 10:59 08.09.2026
“Səbail”dən yeni transfer