- Transfer
- 23:43 11.09.2026
“Arsenal” gürcü futbolçu Andria Bartişvili ilə transfer razılaşmasına gəlib.
90deqiqe.Az-ın məlumatına görə, London klubu 17 yaşlı futbolçunun keçidi ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Bartişvili 2027-ci ilin iyulunda, 18 yaşı tamam olduqdan sonra “Arsenal”a qoşulacaq.
Futbolçunun hüquqları Gürcüstanın “Kolxeti-1913” klubuna məxsusdur. O, cari mövsümdə icarə əsasında ölkə çempionatının yüksək liqasında çıxış edən “İberia 1999”un formasını geyinir.
Qeyd edək ki, “Transfermarkt” portalı Bartişvilinin hazırkı bazar dəyərini 1,5 milyon avro qiymətləndirir.
“Arsenal” İngiltərə Premyer Liqasında üç turdan sonra 2-ci pillədə qərarlaşıb. Mikel Artetanın komandası növbəti matçını sentyabrın 12-də “Sanderlend”ə qarşı keçirəcək.