12 sentyabr 2026. Şənbə

Cekson Martines 11 il sonra sabiq klubuna qayıtdı


  • Transfer
  • 23:34 11.09.2026
  • Oxunma sayı: 7
Cekson Martines 11 il sonra sabiq klubuna qayıtdı

Kolumbiyanın “İndependyente Medellin” klubu sabiq hücumçusu Cekson Martinesin komandaya qayıtdığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı futbolçu peşəkar karyerasına başladığı kluba yenidən qayıdıb.

Kolumbiyalı hücumçu ilə ilkin müqavilə dekabr ayınadək nəzərdə tutulub. Sazişdə müqavilənin müddətinin uzadılması ilə bağlı bənd də yer alıb.

Martines “İndependyente Medellin” tarixinin ən tanınmış futbolçularından və klubun ən məhsuldar hücumçularından biridir. O, komandanın heyətində 2009-cu ildə Kolumbiya çempionu olub.

Təcrübəli hücumçu daha sonra Portuqaliyanın “Portu” və İspaniyanın “Atletiko Madrid” klublarında çıxış edib. O, karyerasının müxtəlif dövrlərində Çin və Meksika çempionatlarında da forma geyinib.

Cekson Martines Kolumbiya milli komandasında 41 oyuna çıxıb və 9 qol vurub.







Transfer