12 sentyabr 2026. Şənbə

Xames Rodriqes 19 ildən sonra Kolumbiyaya qayıtdı


  • Transfer
  • 23:43 11.09.2026
  • Oxunma sayı: 7
Xames Rodriqes 19 ildən sonra Kolumbiyaya qayıtdı

Kolumbiya çempionatında çıxış edən “Atletiko Nasional” klubu Xames Rodriqesin transferini rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, son olaraq MLS təmsilçisi “Minnesota Yunayted”də çıxış edən kolumbiyalı futbolçu “Atletiko Nasional”lə müqavilə imzalayıb.

Beləliklə, 34 yaşlı yarımmüdafiəçi 19 ildən sonra yenidən ölkəsində çıxış edəcək.

Peşəkar karyerasına Kolumbiyada “Tolimense”nin akademiyasında başlayan Rodriqes daha sonra “Envigado” və Argentinanın “Banfield” klublarında forma geyinib.

Xames Rodriqes Avropa karyerasına Portuqaliyanın “Portu” klubunda başlayıb. Daha sonra “Monako”, “Real Madrid”, “Bavariya” və “Everton”da çıxış edib.

Kolumbiyalı futbolçu Avropada, həmçinin “Olimpiakos” və “Rayo Valyekano”nun formasını geyinib. O, Braziliyada “San-Paulu”, Meksikada isə “Leon”da oynayıb.

Rodriqes karyerası ərzində bütün klublarda ümumilikdə 524 oyuna çıxıb, 127 qol vurub və 163 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xames Rodriqes sonuncu dəfə 2006-cı ildə Kolumbiyada çıxış edib. O, “Atletiko Nasional”ə keçidi ilə 19 ildən sonra ölkəsinə qayıdıb.







Transfer