- Transfer
- 05:30 12.09.2026
“Tottenhem”in hücumçusu Riçarlisonun Braziliyaya qayıtmaq planı baş tutmayıb.
90deqiqe.Az-ın məlumatına görə, “Tottenhem” “Vasko da Qama”nın futbolçu ilə bağlı transfer təklifini qəbul etsə də, tərəflər arasında müqavilənin şəxsi şərtləri ilə bağlı razılıq əldə olunmayıb. Nəticədə transfer baş tutmayıb. Bu barədə jurnalist Alasdair Qold məlumat yayıb.
Qeyd edək ki, Braziliyada transfer pəncərəsi bu axşam bağlanır.
Daha əvvəl Riçarlisonun “Tottenhem”lə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edərək azad agent kimi başqa kluba keçə biləcəyi bildirilib.
29 yaşlı hücumçu “Tottenhem”in Premyer Liqa oyunları üçün iştirak ərizəsinə daxil edilməyib. Bundan əlavə, futbolçunun komandanın ümumi məşqlərində iştirak etmədiyi məlum olub.