- Transfer
- 07:32 12.09.2026
Braziliya millisinin və “Santos” klubunun ulduz futbolçusu Neymar klubunun transfer qadağasının aradan qaldırılması üçün 2 milyon avro ödəyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “L’Equipe” məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı hücumçu bu məbləği ailəsinə məxsus idman marketinq şirkəti vasitəsilə ödəyib. FİFA-nın tətbiq etdiyi transfer qadağası “Santos”un 2023-cü ildə Jan Lukasın transferi ilə bağlı “Monako”ya olan borcu səbəbindən qüvvəyə minib.
Qadağanın aradan qaldırılmasından sonra “Santos” heyətinə yeni futbolçular cəlb edə bilib. Klub Artur və Filippe Koutinyo ilə müqavilə imzalayıb. 30 yaşlı Arturun sözləşməsi 2026-cı ilin dekabrına qədər nəzərdə tutulub.
Koutinyo isə fevral ayında “Vasko da Qama” ilə müqaviləsini ləğv edib. 34 yaşlı futbolçu karyerasını davam etdirmək və Neymarla yenidən eyni komandada çıxış etmək qərarına gəlib.
Bundan başqa, “Santos” Everton Sibilinyonu da heyətinə qatıb.
Qeyd edək ki, “Santos” Cənubi Amerika Kubokunun yarımfinalına yüksəlməyi hədəfləyir. Komanda turnirin ilk 1/4 final oyununda “Atletiko Mineyro”nu 2:0 hesabı ilə məğlub edib.