- Transfer
- 22:47 14.09.2026
Braziliyalı futbolçu Filipp Koutinyo “Santos”a keçib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin sonunadək müqavilə imzalanıb.
Koutinyo fevral ayından azad agent statusunda idi. O, həmin vaxt “Vasko da Qama”dan ayrılıb.
Peşəkar karyerası ərzində “İnter”, “Liverpul”, “Barselona”, “Bavariya” və “Aston Villa” kimi klubların formasını geyinən Koutinyo, həmçinin Braziliya millisində çıxış edib. O, yığmanın heyətində 68 oyuna çıxıb.
Qeyd edək ki, “Santos”un heyətində hazırda Braziliya millisinin və klub futbolunun ulduzlarından olan Neymar da çıxış edir.