- Transfer
- 22:47 14.09.2026
“Mançester Yunayted”in hücumçusu Markus Reşford yay transfer pəncərəsində İngiltərə Premyer Liqasının digər klubuna keçə bilərmiş.
90deqiqe.Az-ın məlumatına görə, “Tottenhem” klubu 28 yaşlı futbolçu ilə maraqlanıb.Bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkə hesabında yazıb.
Məlumata əsasən, “Tottenhem” Reşfordun 46,8 milyon avroluq sərbəstqalma bəndindən istifadə edərək transferi “Mançester Yunayted”lə danışıqlar aparmadan rəsmiləşdirə bilərdi. Lakin London təmsilçisində bu məbləği yüksək hesab ediblər.
“Mançester Yunayted”in də transfer məbləğində güzəştə getməməsi səbəbindən “Tottenhem” ingiltərəli hücumçunun transferindən imtina edib.
Qeyd edək ki, Reşford cari mövsümdə Premyer Liqada 4 oyunda meydana çıxıb və hələlik məhsuldar fəaliyyətlə yadda qalmayıb.