15 sentyabr 2026. Çərşənbə axşamı

“Tottenhem”dən ayrılan Bissuma “Ayaks”a keçir


  • Transfer
  • 00:55 15.09.2026
  • Oxunma sayı: 8
“Tottenhem”dən ayrılan Bissuma “Ayaks”a keçir

Niderlandın “Ayaks” klubu Malidən olan yarımmüdafiəçi İv Bissuma ilə müqavilə imzalamağa yaxındır.

90deqiqe.Az-ın “ESPN"ə istinadən məlumatına görə, tərəflər 30 yaşlı futbolçunun transferi ilə bağlı əsas məsələlərdə razılığa gəliblər.

Bissuma hazırda azad agentdir. Onun “Tottenhem”lə müqaviləsi ötən yay başa çatıb. Bu səbəbdən futbolçu transfer pəncərəsi bağlandıqdan sonra da “Ayaks”a qoşula bilər.

Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında “Brayton” və “Tottenhem”in formasını geyinib. O, çempionatda 202 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Ötən mövsüm isə zədələr səbəbindən cəmi 11 matçda meydana çıxıb.

Qeyd edək ki, Bissuma daha əvvəl də “Ayaks”ın maraq dairəsində olub. Lakin klub futbolçunun fiziki hazırlığı və davranışı ilə bağlı müəyyən narahatlıqlar yaşayıb. 2024-cü ildə “Tottenhem” Bissumanı azot oksidindən istifadə etdiyinə görə heyətdən kənarlaşdırmışdı.







Transfer