- Transfer
- 13:22 15.09.2026
Münhen “Bavariya”sı İngiltərənin “Liverpul” klubunda çıxış edən almaniyalı yarımmüdafiəçi Florian Virtsin vəziyyətini diqqətlə izləyir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “TEAMtalk” məlumat yayıb. Bildirilir ki, “Liverpul”da bəzi şəxslər 22 yaşlı futbolçunun İngiltərədə hələ özünü tam göstərə bilməməsindən narahatdırlar.
Qeyd olunur ki, “Bavariya” daha əvvəl də Virtsə maraq göstərib. Lakin futbolçu “Bayer”dən ayrılarkən məhz “Liverpul”a keçməyə üstünlük verib. Buna baxmayaraq, Mersisayd klubunun yarımmüdafiəçidən yaxa qurtarmaq niyyətində olmadığı və hələ də ona inandığı vurğulanır.
Florian Virts 2025-ci ilin yayından “Liverpul”un formasını geyinir. Onun klubla müqaviləsi 2030-cu il iyunun sonunadək qüvvədədir.