- Transfer
- 23:14 15.09.2026
Azərbaycan I Liqasında mübarizə aparan “Karvan-Yevlax” klubu heyətinə yeni futbolçu cəlb edib.
Yevlax təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, klub “Zirə”nin 20 yaşlı nigeriyalı hücumçusu Abdul Azizini icarəyə götürüb.
Gənc forvard mövsümün növbəti 6 ayını “Karvan-Yevlax”ın heyətində keçirəcək.
Qeyd edək ki, Abdul Azizi “Zirə” klubuna məxsus futbolçudur.