- Transfer
- 23:14 15.09.2026
İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə müqaviləni yeniləmək niyyətindədir.
90deqiqe.Az-ın “Tuttosport"a istinadən məlumatına görə, tərəflər yeni sözləşmə ilə bağlı danışıqlara başlayıblar. Bununla belə, həm futbolçu, həm də klub rəhbərliyi məsələnin həllində tələsmir.
Danışıqlar zamanı Çalhanoğlunun tez-tez əzələ zədələri alması da müzakirə mövzusu olub. Növbəti görüşdə “İnter”in türkiyəli futbolçuya hazırkı illik 6,5 milyon avro xalis maaşından daha aşağı məbləğ nəzərdə tutan müqavilə təklif edəcəyi bildirilir.
Milan klubu Çalhanoğluna “1+1” illik müqavilə və ya birbaşa ikiillik sözləşmə təklif etməyi planlaşdırır.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçinin “İnter”lə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.
Hakan Çalhanoğlu “İnter”in formasında 216 oyuna çıxıb. O, bu görüşlərdə 52 qol vurub və 39 məhsuldar ötürmə ilə yadda qalıb.