- Transfer
- 00:42 16.09.2026
İspaniyanın “Barselona” klubu misirli futbolçu Hamza Abdelkerimin transferini rəsmiləşdirib.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi 18 yaşlı hücumçunun çıxışından razı qaldıqdan sonra onun transfer hüquqlarını “Əl-Əhli”dən 1,5 milyon avro qarşılığında alıb.
Hamza Abdelkerim ötən mövsüm “Əl-Əhli”nin akademiyasından “Barselona”nın futbol akademiyası “La Masia”ya icarəyə göndərilmişdi. Gənc futbolçunun performansı klub rəhbərliyini qane etdiyindən onunla peşəkar müqavilə imzalanmasına qərar verilib.
Abdelkerim “Barselona” ilə 2030-cu ilədək müqavilə imzalayıb. Klub futbolçunun müqaviləsinə 150 milyon avro məbləğində sərbəstqalma maddəsi əlavə edib. Bu rəqəm onun transferi üçün ödənilən məbləğdən 100 dəfə çoxdur.
1,5 milyon avro bazar dəyəri olan 18 yaşlı hücumçu cari mövsümdə “Barselona”nın əsas komandasında bir matçda meydana çıxıb.